Bodrum sahillərində faciə: Miqrant qayığı batdı, ölənlər var

Bodrum sahillərində faciə: Miqrant qayığı batdı, ölənlər var Dünya

Türkiyənin Muğla vilayətinin Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ortakent məhəlləsi sahilində baş verib. İlkin məlumata görə, aralarında bir uşaq da olmaqla 7 nəfərin meyiti sudan çıxarılıb.

Qayığın hansı səbəbdən batdığı hələ məlum deyil.

Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Axtarış-xilasetmə işləri dərhal başlayıb və hazırda dənizdə digər itkin şəxslərin axtarışı davam etdirilir.

Rəsmilər bildiriblər ki, qayıqda neçə nəfərin olduğu hələ də dəqiqləşdirilməyib, lakin ehtimal olunur ki, miqrantların sayı 10-dan çox olub.

Hadisə ilə bağlı istintaq başlanıb. Türkiyə Sahil Mühafizəsi bölgədə oxşar hadisələrin qarşısının alınması məqsədilə nəzarəti gücləndirib.