Boliviyada hərbi bazada partlayış: ölən və yaralananlar var
Dünya
Boliviyada hərbi bazada baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 59nəfər yaralanıb.
News24.az xəbər verir ki, paytaxt La-Pasdan təxminən 30 kilometr aralıda yerləşən Viaça şəhərində baş verib.
Hadisə artilleriya alayının yerləşdiyi hərbi bazanın ərazisində qeydə alınıb.
Boliviyanın müdafiə naziri Ernesto Xustinyano partlayışın pirotexniki materialın detonasiyası nəticəsində baş verdiyini bildirib.
Səhiyyə orqanlarının nümayəndəsi Rita Nebraska açıqlamasında ölənlərin sayının 10-15 nəfər arasında ola biləcəyini deyib.
Partlayış nəticəsində yaxınlıqdakı onlarla evə ziyan dəyib, əsasən pəncərələr sınıb.
Xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.
Ərazidə yeni partlayış təhlükəsinin mümkünlüyü ilə bağlı sakinlərə xəbərdarlıq edilib.
Viaça şəhərinin hakimiyyəti üç günlük matəm elan edib.