Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatdı

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatdı Dünya

Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

News24.az "Unitel"ə istinadən xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, xilasedicilər partlayışdan sonra itkin düşmüş hesab edilən 14 nəfərdən 7-sinin meyitini aşkarlayıblar.

Qeyd olunub ki, ölənlər arasında bir çavuş və altı çağırışçı var. Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi davam etdirilir.

Boliviya Prezidenti Rodriqo Pas faciə yerinə baş çəkib. O bildirib ki, ölən hərbi qulluqçulara ölümündən sonra çavuş rütbəsi veriləcək.

Xatırladaq ki, Viaçadakı hərbi obyektdə partlayış sentyabrın 4-də baş verib. Daha əvvəl iki nəfərin öldüyü və 59 nəfərin yaralandığı bildirilib. (Report)