Bolqarıstan sahillərində gəmiyə PUA hücumu: yaralananlar var
Dünya
Bolqarıstan sahillərində Malta bayrağı altında üzən CHELSEA 3 gəmisinə üç pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.
News24.az-ın məlumatına görə, gəmi Bolqarıstanın Byala şəhərinin şərqində yerləşən dəniz ərazisindən keçərkən hücuma məruz qalıb.
Məlumata əsasən, gəminin heyəti gecə saat 01:30 radələrində qəza siqnalı göndərib. Həmin vaxt gəmi Türkiyənin Giresun limanından Moldovanın Dunay çayı üzərində yerləşən Giurgiulesti limanına doğru hərəkət edirmiş.
Hadisədən sonra əraziyə sərhəd polisi qayığı göndərilib. Hücumun şəraiti və pilotsuz uçuş aparatlarının mənşəyi barədə əlavə məlumat verilməyib.