Bolqarıstanda matəm elan edildi
Dünya
Bolqarıstanda milli matəm elan edilib.
News24.az xəbər verir ki, buna səbəb “Trakiya” avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır.
Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü elan olunacaq.
İlkin məlumatlara görə, hadisə Yambol vilayəti yaxınlığında baş verib. Sıx duman və görmə məsafəsinin kəskin azalması nəticəsində 80-dən çox avtomobilin iştirakı ilə iki ayrı zəncirvari qəza qeydə alınıb.
Son məlumata əsasən, qəzalarda 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.