Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Dünya
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.
News24.az xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək.
Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındakı "Frakiya" avtomagistralında baş verib. Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib./Oxu.az