Bomba həyəcanı: "Air India" təyyarəsi təcili eniş etdi

Bomba həyəcanı: "Air India" təyyarəsi təcili eniş etdi Dünya

Frankfurtdan Dehliyə uçan “Air India” aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsi ilə Hindistanın Caypur şəhərinə təcili eniş edib. Sonradan təhlükə barədə məlumatın yalan olduğu bildirilib.

News24.az xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında AI 2030 reysi ilə uçan “Boeing 787-9” təyyarəsində baş verib.

Məlumata görə, pilot təyyarə Mumbay Uçuş Məlumat Zonasında olarkən qanunsuz müdaxilə və mümkün qaçırılma ilə bağlı beynəlxalq siqnal olan 7500 kodunu aktivləşdirib. Bundan sonra hava hərəkətini idarəetmə xidməti təyyarəni təyinat məntəqəsindən təxminən 280 kilometr məsafədə yerləşən Caypura yönləndirib.

Təyyarə yerli vaxtla saat 09:45 radələrində Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Daha sonra hava gəmisi təhlükəsizlik yoxlamalarının aparılması üçün təcrid olunmuş anqara aparılıb.