Boru kəməri partladı: - Ölən var
Dünya
Kanadada boru kəmərinin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
News24.az xəbər verir ki, səlahiyyətlilər partlayış xəbərindən sonra əraziyə tibbi qrupların və polisin göndərildiyini bildirib.
Yerli səhiyyə xidmətləri hadisə yerinə dörd təcili yardım maşınının göndərildiyini və yaralıların xəstəxanaya aparıldığını bildirib.
Partlayışla bağlı araşdırmalara başlanılıb və cinayət dəlillərinin tapılmadığı bildirilib.
Günel Məlikzadə