Böyük Britaniyada 16 yaşdan kiçiklərə sosial media qadağası
Dünya
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan etməyə hazırlaşır.
News24.az-ın məlumatına görə, Baş nazir Kir Starmer bildirib ki, gələn ildən qüvvəyə minəcək qərar "TikTok", "Instagram" və digər sosial şəbəkələrlə yanaşı, tanımadığı şəxslərlə ünsiyyətə imkan verən oyun və canlı yayım platformalarını da əhatə edəcək.
Starmerin sözlərinə görə, məqsəd uşaqları onlayn risklərdən qorumaq və onların daha təhlükəsiz mühitdə böyüməsini təmin etməkdir.