Böyük Britaniyada iki gün ərzində ikinci qatar qəzası

Böyük Britaniyada iki gün ərzində ikinci qatar qəzası Dünya

Böyük Britaniyanın Esseks qraflığında, Uikford stansiyasının yaxınlığında Greater Anglia şirkətinə məxsus qatar qismən relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

News24.az-ın xəbərinə görə, Britaniya Nəqliyyat Polisi bildirib ki, qatarın son vaqonları relsdən çıxıb, lakin aşmayıb. Hadisə səbəbindən bu istiqamətdə bütün qatarların hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu, iki gün ərzində İngiltərədə baş verən ikinci belə hadisədir. Bir gün əvvəl ölkənin cənubunda, Lyuis və Heyvards-Hit şəhərləri arasında qatar relsdən çıxıb. Həmin qəza nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır olub.