Braziliyada ad günü zamanı döşəmə çökdü - 11 nəfər xəsarət aldı
Dünya
Braziliyada 15 yaşlı qızın ad günü mərasimində döşəmənin çökməsi nəticəsində 11 nəfər yaralanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Braziliyanın Belem şəhərində baş verib.
Məlumata görə, qonaqlar fotosessiya üçün bir yerə toplaşdığı zaman məkanın döşəməsi çöküb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Məlumatagörə, baş nahiyəsindən ağır xəsarət alan bir qadının vəziyyəti kritikdir.
Ad günü sahibinin anası bildirib ki, mərasimin hazırlıqları iki il davam edib. O, mənzilin çökdüyünü və yaralı qonaqları gördükdən sonra huşunu itirdiyini deyib:
“Xərclənən pul məni maraqlandırmır. Məni narahat edən yaralanan insanlar və qızımın ömrü boyu həmin günü bu xatirə ilə xatırlayacaq olmasıdır”, – deyə qadın bildirib.
Hadisədən sonra məkan texniki baxış üçün bağlanıb. Ailə tədbirin keçirildiyi məkanın sahiblərindən təşkilat xərclərinin ödənilməsini və zərərçəkənlərə dəstək göstərilməsini tələb edir. (Qafqazinfo)