Braziliyada qasırğa can aldı, yüzlərlə yaralı var

Braziliyada qasırğa can aldı, yüzlərlə yaralı var Dünya

Braziliyanın cənubundakı Parana ştatında qasırğa 6 nəfərin həyatına son qoyub.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Daha 437 nəfər xəsarət alıb, təxminən 1000 nəfər evlərini tərk etməyə məcbur qalıb. Ştatın Mülki Müdafiə Agentliyi bildirib ki, şəhərin yarıdan çox hissəsində damlar uçub, bir sıra tikililər dağılıb.

Küləyin sürətinin saatda 250 kilometrədək yüksəldiyi bildirilir.

Braziliya Prezidenti zərərçəkənlərə dəstək göstərilməsi barədə göstəriş verib.