“Brent” neft ucuzlaşdı
Dünya
“Brent” markalı xam neftin qiyməti 3%-dən çox ucuzlaşıb.
News24.az xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.
Belə ki, Bakı vaxtı ilə saat 18:26-ya olan məlumata görə, dekabr ayında təhvil veriləcək neft üzrə fyuçers müqaviləsinin qiyməti 2,11% azalaraq bir barel üçün 107,24 dollar təşkil edib.
Saat 18:30-da isə eniş daha da sürətlənib və qiymət bir barel üçün 106,24 dollara (-3,02%) düşüb.