Britaniya Baş naziri Putini G20 sammitinə dəvət etməyəcək
Dünya
Böyük Britaniyanın Baş naziri Endi Bernem Rusiya Prezidenti Vladimir Putini 2027-ci ildə Mançesterdə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməyəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə iqtisadçı jurnalist Hugo Guy “X” sosial şəbəkəsində məlumat yayıb.
Bernem Rusiya prezidentinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı suala “Xeyr” cavabını verib.
Qeyd edək ki, oktyabrın 31-də ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiyanın G20 müzakirələrində iştirakını vacib hesab etdiyini bildirib.
Oktyabrın sonunda Kremlin sözçüsü Dmitri Peskov da Vladimir Putinin G20 sammitində iştirakına dair qərarın hələ verilmədiyini açıqlayıb. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas isə Putinin dekabr ayında Floridada keçiriləcək G20 sammitində iştirakına qarşı çıxıb.
Noyabrın 3-də Almaniya kansleri Fridrix Merts bildirib ki, Putin sammitdə iştirak edəcəyi təqdirdə Ukrayna da müzakirələrə qoşulmalıdır.