Britaniya Ukraynanın yanında olmağa davam edəcəyini açıqladı

Britaniya Ukraynanın yanında olmağa davam edəcəyini açıqladı Dünya

Böyük Britaniya ədalətli və dayanıqlı sülh təmin olunana qədər Ukraynanın yanında olmağa davam edəcək.

News24.az "Report"-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Nazirlik ofisinin rəsmi "X" hesabında yazılıb.

"Bu gün Ukraynanın müstəqilliyini elan etməsindən 33 il ötür. Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmayıb və sarsılmayacaq. Biz sizinləyik, ədalətli və dayanıqlı sülhə qədər sizinlə birlikdə olmağa davam edəcəyik", - məlumatda qeyd olunub.