Britaniyada aviabazaya hücum cəhdi: İran vətəndaşlığı olan şəxs saxlanıldı

Britaniyada aviabazaya hücum cəhdi: İran vətəndaşlığı olan şəxs saxlanıldı  Dünya

Böyük Britaniya Polisinin Terrorla Mübarizə İdarəsi "Ferford" hərbi hava bazasında terror aktı törətmək cəhdi ilə bağlı aparılan təhqiqat çərçivəsində Böyük Britaniya və İran ikili vətəndaşlığı olan şəxsin saxlanıldığını bildirib.

News24.az bildirir ki, bu barədə qurumun rəsmi səhifəsində xəbər verilib.

İdarə saxlanılan şəxsin adını açıqlamayıb, yalnız onun 27 yaşında olduğunu qeyd edib. O, Londonun Vestminster rayonunda saxlanılıb. Həmin şəxs terror aktı hazırlamaqda ittiham olunur. Britaniya vətəndaşı olan daha bir gənc isə şübhəli şəxs qismində dindirilib. Vestminsterdə iki mənzildə axtarış aparılıb.

Xatırladaq ki, sentyabrın 27-nə keçən gecə polis Qlosterşir qraflığındakı "Ferford" aviabazasının yaxınlığında Londonun 23-25 yaşlı beş sakinini saxlamışdı.