Britaniyalılara 3 günlük ərzaq ehtiyatı toplamaq tövsiyə olundu

Britaniyalılara 3 günlük ərzaq ehtiyatı toplamaq tövsiyə olundu Dünya

Böyük Britaniya hökuməti vətəndaşlara fövqəladə hallar zamanı istifadə etmək üçün evlərində ən azı üç günlük ərzaq və su ehtiyatı saxlamağı tövsiyə edib.

News24.az xəbər verir ki, hökumətin rəsmi məlumatına görə, tövsiyə “Hazır olun” kampaniyası çərçivəsində verilib.

Kampaniyanın məqsədi əhalini ekstremal hava hadisələri, elektrik və su təchizatının kəsilməsi, kiberhücumlar və digər fövqəladə hallara hazırlamaqdır.

Vətəndaşlara hər nəfər üçün gündə 3 litr içməli su, tez xarab olmayan ərzaq, ilk yardım ləvazimatları, fənər, yorğan, nağd pul və batareya ilə işləyən radio saxlamaq məsləhət görülüb.

Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, ölkə mümkün təhlükələrə daha yaxşı hazırlaşmalıdır. Onun sözlərinə görə, kiberhücumlar və digər hadisələr gündəlik xidmətlərin fəaliyyətini poza bilər.

Nazir qeyd edib ki, məqsəd insanları qorxutmaq deyil, onları mümkün fövqəladə hallara hazırlamaqdır.