Britaniyanın Aİ-yə qayıdışı baha başa gələ bilər
Dünya
Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən qoşulması ölkəyə ildə əlavə 5 milyard funt-sterlinqə başa gələ bilər.
News24.az-ın məlumatına görə, “Bloomberg” bu barədə keçmiş Britaniya hökuməti rəsmilərinə istinadən xəbər yayıb.
Məlumata əsasən, Britaniya Aİ büdcəsinə əvvəlki güzəştlərdən məhrum ola və daha böyük maliyyə öhdəlikləri ilə üzləşə bilər.
Bununla yanaşı, ölkənin Brexitdən sonra imzaladığı bəzi ticarət sazişlərinə yenidən baxılması da tələb oluna bilər.
Qeyd edək ki, Britaniyanın Baş naziri Endi Börnem ölkənin gələcəkdə Aİ-yə yenidən qoşula biləcəyini açıqlayıb.