Brüsseldə yaşayış kompleksində güclü yanğın: ölənlər var
Dünya
Belçikanın payaxtı Brüsselin mərkəzindəki "Oxy Tower" yaşayış kompleksində güclü yanğın baş verib, nəticədə bir neçə nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə yerli media fövqəladə hallar xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, yanğın binanın ikinci mərtəbəsində başlayıb və lift şaxtasına keçib, nəticədə digər mərtəbələrə də yayılıb.
Liftlərdə bir neçə nəfər qalıb, yanğınsöndürənlər onları xilas edə biliblər. Həmçinin binadan bir neçə nəfərin meyiti çıxarılıb. Ölənlərin və yaralananların dəqiq sayı hələ müəyyənləşdirilməyib. (Yeni Sabah)