Bu aviaşirkətlər Ər-Riyada uçuşları ləğv etdi
Dünya
Səudiyyə Ərəbistanı paytaxtının beynəlxalq hava limanı husilərin zərbəsinə məruz qaldıqdan sonra, Hindistanın "Air India", "IndiGo" və "Air-India Express" aviaşirkətləri təhlükəsizlik üçün oktyabrın 8-dən Ər-Riyada 10-dək reysi ləğv ediblər.
News24.az xəbər verir ki, bu barədə NDTV xəbər verib.
"Bölgədəki vəziyyətlə əlaqədar oktyabrın 10-dək Ər-Riyada və Ər-Riyaddan həyata keçirilən reysləri ləğv etmişik. Bu tədbirlərdən təsirlənən sərnişinlərə reyslərini ödənişsiz dəyişmək imkanı veriləcək və ya bronlarını ləğv etdikləri təqdirdə ödənişin tam məbləği geri qaytarılacaq. Vəziyyəti diqqətlə izləməyə davam edirik", - "Air India"nın nümayəndəsi bildirib.
"The National" isə xəbər verir ki, Almaniyanın "Lufthansa" şirkətində də Ər-Riyada uçuşları dayandırmaq qərara alınıb. Onun təyyarələri oktyabrın 16-dək oraya uçmayacaq.