Bu bölgədə ölümcül xəstəlik yayılıb: Ölənlərin sayı artır
Dünya
Afrika ölkəsi Seneqalda son aylarda başlayan “Rift vadisi qızdırması” adlı yoluxucu xəstəlik sürətlə yayılır.
News24.az xəbər verir ki, rəsmi məlumatlara görə, indiyədək 29 nəfər həyatını itirib, 381 nəfərdə yoluxma aşkarlanıb. Onlardan 312-si sağalıb.
Xəstəlik ilk dəfə sentyabrın 21-də qeydə alınıb və əsasən maldarlıqla məşğul olan əhali arasında yayılıb. “Rift vadisi qızdırması” milçəklər vasitəsilə, həmçinin yoluxmuş heyvanların qanı və bədən mayeləri ilə təmas zamanı insana keçir.
Əlamətləri adətən yüksək hərarət, halsızlıq və əzələ ağrıları kimi yüngül olur, lakin bəzi hallarda qaraciyər çatışmazlığı və beyin iltihabı kimi ağır fəsadlara səbəb ola bilər.
Xəstəlik insandan insana keçmir, lakin heyvanlardan insanlara yoluxma mümkündür. Mütəxəssislər bildirirlər ki, yağışlı mövsümdə artan milçək sayı xəstəliyin daha da yayılmasına şərait yarada bilər.