Bu ərazidə 5,4 bal gücündə zəlzələ - BAŞ VERDİ

Bu ərazidə 5,4 bal gücündə zəlzələ - BAŞ VERDİ Dünya
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Okinava adasının şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

News24.az
xəbər verir ki, yerli vaxtla saat 16:59-da və 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Zəlzələ Okinavanın Naqo, Uruma və Nanco şəhərlərində və qonşu Kaqosima ştatında hiss olunub.

Aynurə