Bu hadisə baş versə, bütün dünyada aclıq olacaq

Bu hadisə baş versə, bütün dünyada aclıq olacaq Dünya

Yelloustoun supervulkanının püskürməsi bütün dünyada məhsuldarlığın azalmasına və aclığa səbəb ola bilər.

News24.az xəbər verir ki, bu sözləri ABŞ-nin iqlimşünası, “Climate Central” mərkəzinin vitse-prezidenti Kristina Dal deyib.

Dal qeyd edib ki, keçmişdə Tambora vulkanının püskürməsi kimi böyük püskürmələr bir neçə qitədə aclığa səbəb olan məhsul qıtlığına gətirib çıxarıb.

Onun sözlərinə görə, müasir dünya ərzaq sistemi sıx əlaqələndirilsə də, kəskin iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi zərbə vura bilər.

“İqlim dəyişiklikləri məhsuldarlığa çox qısa müddətdə təsir göstərə bilər. Məsələn, 2010-cu ildə Rusiyada baş verən isti hava və quraqlıq məhsulun genişmiqyaslı itkisinə səbəb olmuşdu”, – deyə alim bildirib.

Qeyd edək ki, İyul ayında Yelloustoun kalderasının yaxınlığında 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu, ilin əvvəlindən bəri bölgədə baş verən ən güclü zəlzələ olub.

Ondan əvvəl daha zəif 11 yeraltı təkan baş verib.

Son qiymətləndirmələrə görə, nəhəng vulkanın püskürməsi əvvəl düşünüldüyündən daha yaxın tarixdə yaşana bilər.