Bu halda ChatGPT- yə giriş 24 saatlıq məhdudlaşdırılacaq

Bu halda ChatGPT- yə giriş 24 saatlıq məhdudlaşdırılacaq Dünya

“OpenAI” internetdə uşaq istismarı məzmununu, o cümlədən süni intellekt vasitəsilə yaradılan görüntüləri aşkarlamaq üçün yeni alət hazırlayıb.

News24.az xəbər verir ki, şirkətin açıqlamasına görə, sistem əvvəllər müəyyən edilməmiş belə görüntüləri vizual əlamətlər əsasında aşkarlayır və qiymətləndirmə qruplarına yoxlanılması vacib olan materialları müəyyənləşdirməyə kömək edir.

Yeni alət təsdiqlənmiş təşkilatların istifadəsinə ödənişsiz təqdim ediləcək.

Bundan başqa, şirkət ChatGPT-də uşaq istismarı məzmununun axtarışı və yaradılması cəhdlərinin qarşısını almaq üçün yeni xəbərdarlıq mexanizmləri tətbiq edəcək.

Qayda pozuntusu aşkarlandıqda müvafiq çat silinəcək, istifadəçinin hesabına giriş 24 saatlıq məhdudlaşdırılacaq. Təkrar pozuntular isə hesabın daha uzun müddətə məhdudlaşdırılması, bağlanması və ya məlumatın aidiyyəti qurumlara ötürülməsi ilə nəticələnə bilər.

Şirkət bildirib ki, yeni yanaşma uşaq istismarının qarşısının alınması ilə məşğul olan təşkilatların və akademik məsləhətçilərin iştirakı ilə hazırlanıb.