"Bu halda istefa verəcəyəm" - Paşinyan

"Bu halda istefa verəcəyəm" - Paşinyan Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan seçicilərin onu istəməyəcəyi təqdirdə vəzifəsindən gedəcəyini bildirib.

News24.az xəbər verir ki, bu barədə erməni medası məlumat yayıb.

“Əgər 700 min nəfər – yəni seçicilərin 50 faizindən çoxu “Nikol, qal” desə, qalacağam. Yox, get desə, kiməm ki, getməyim? Nikol xalqın xidmətçisidir”, - Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinə seçkilər 7 iyunda keçiriləcək. (axar.az)