Bu iki ölkə arasında viza rejimi ləğv edildi
Dünya
Rusiya və Myanma vətəndaşları bundan sonra qarşılıqlı olaraq vizasız səfər edə biləcəklər.
News24.az xəbər verir ki, razılaşma Minskdə keçirilən “Avrasiya Təhlükəsizliyi” konfransında Sergey Lavrov və Tan Şve tərəfindən imzalanıb.
Bu addım iki ölkə arasında diplomatik, iqtisadi və turizm əlaqələrini gücləndirməyə yönəlib. Mütəxəssislər isə bunu Rusiyanın Asiyada təsirini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.