Bu jurnalistlərin ölkədən çıxışına qadağa qoyuldu

Bu jurnalistlərin ölkədən çıxışına qadağa qoyuldu Dünya

İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ifadələri alınan jurnalistlər – Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakırın ölkədən çıxışlarına qadağa qoyulub.

News24.az xəbər verir ki, bu barədə məlumatı "Haber Global" telekanalı yayıb.

"İmamoğlu işi" ilə bağlı ifadələri alınan jurnalistlərə məhkəmə nəzarəti tədbiri tətbiq olunub və onlar sərbəst buraxılıblar.