Bu ölkədə siçanlar və kirpilər öldürüləcək
Dünya
Rakiura adasında yaşayan siçan, vəhşi pişik və kirpi kimi heyvanların öldürülməsi üçün yeni bir missiya irəli sürülüb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ekoloqlar bu missiyanın adanın həssas yerli heyvan növlərinin qorunmasını təmin edəcəyini söyləyib.
Onların iddiasına görə, meşəlik ərazilərin flora və faunası zəngin olsa da, vəhşi pişiklər, siçanlar üzündən hər il ölkənin simvolu sayılan Kivi də daxil olmaqla milyonlarla yerli quşun ölümünə səbəb olur.
Hökumətin hesablamalarına görə, Yeni Zelandiya sonradan ekosistemə daxil olmuş məməlilər üzrə dünyada birinci yerdədir. Bu, hər il ölkəyə milyardlarla dollara başa gəlir.
Qeyd edək ki, Yeni Zelandiya keçmişdə oxşar planlar, o cümlədən, 2050-ci ilə qədər yırtıcılardan xilas olmaq üçün milli proqram təqdim etsə də, bu böyüklükdə layihəyə ilk dəfədir ki, qol qoyur.
Vüsalə Babaşova