Bu ölkə BCM-dən çıxa bilər

Bu ölkə BCM-dən çıxa bilər Dünya

“Tacikistan Beynəlxalq Cəza Məhkəməsinin (BCM) siyasiləşməsinin onun müstəqil orqan kimi statusuna ciddi xələl gətirdiyini bəyan edərək, qurumdan çıxa bilər”​.

News24.az xəbər verir ki, bu barədə Tacikistan xarici işlər nazirinin müavini İdibek Qalandar ölkə parlamentinin aşağı palatası qarşısında çıxışı zamanı bildirib.

Diplomat deputatları “Beynəlxalq Cəza Məhkəməsinin Statutunun qüvvədən düşməsi haqqında” qərar qəbul etməyə çağırıb:

“Məhkəmənin fəaliyyətinin getdikcə siyasiləşməsi beynəlxalq cinayət ədalətini dövlətlərarası mübahisələrin həlli zamanı diplomatik çərçivələri görməzdən gələrək siyasi təzyiq alətinə çevirir”.

Qeyd edək ki, Tacikistan parlamentinin aşağı palatası artıq BCM-nin statusuna xitam verilməsi ilə bağlı qərar layihəsini müzakirə edib.

Xatırladaq ki, Tacikistan 2002-ci ildən Roma Statutunu ratifikasiya edərək qurumun üzvü idi. BCM ətrafındakı böhran ABŞ administrasiyasının quruma qarşı sanksiya paketi hazırlaması və “Microsoft” korporasiyasının məhkəmə ilə əməkdaşlığı dayandırması fonunda daha da kəskinləşib.