Bu ölkə məktəblilərə telefonu qadağan edir
Dünya
Polşa hökuməti yaxın günlərdə ibtidai məktəblərdə (1-ci sinifdən 8-ci sinifədək) mobil telefonlardan istifadənin qadağan edilməsi təklifini müzakirəyə çıxaracaq.
News24.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
O bildirib ki, yaxın günlərdə Nazirlər Şurasının müzakirəsinə ibtidai məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq.
Tusk bu açıqlamanı “Gənclərin rəqəmsal gələcəyi” mövzusunda keçirilən ictimai məsləhətləşmələr zamanı verib. Onun çıxışı hökumət kanselyariyasının sosial şəbəkələrində yayımlanıb.
Qeyd edək ki, fevral ayında ölkənin təhsil naziri Barbara Novatska 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması planlarını açıqlamışdı. O, bunun uşaqların zehni inkişafının zəifləməsi ilə bağlı olduğunu iddia edib.
Nazirin sözlərinə görə, qanun layihəsi yaşın yoxlanılmasına görə məsuliyyəti platformaların üzərinə qoyur və qaydalara əməl olunmadığı halda cərimələr nəzərdə tutur.
Qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minə biləcəyi bildirilir. /TASS/