Bu ölkə Rusiyaya 50 min əsgər göndərir

Bu ölkə Rusiyaya 50 min əsgər göndərir Dünya

Rusiya-Ukrayna müharibəsində Şimali Koreyanın rolunun daha da artacağı ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

News24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiya ərazisinə on minlərlə əsgər göndərməyə hazırlaşdığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, 50 min Şimali Koreya əsgərinin Rusiyada yerləşdirilməsi barədə qərar qəbul edilib.

“Reuters”in yaydığı məlumata görə, Zelenskinin açıqladığı 50 min rəqəmi daha əvvəl irəli sürülən 30 min nəfərlik təxminin də üzərindədir.