Bu ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Bu ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı Dünya

Argentina prezidenti Xavyer Miley ölkəsinin İsrail və İranla bağlı siyasətinə dair açıqlama verib.

News24.az xəbər verir ki, Miley Argentinanın “HƏMAS”-ı, eləcə də “SEPAH”-ı və onun Qüds qanadını terror təşkilatları kimi tanıdığını bildirib.

Prezidentin sözlərinə görə, Buenos-Ayres, habelə, İranın müvəqqəti işlər vəkilini ölkədən çıxarıb və İsraillə Azadlıq və Demokratiya Memorandumu imzalayıb.

Miley əlavə edib ki, Argentina İsrail Müttəfiqləri Fonduna sədrlik edən ilk Cənubi Amerika ölkəsi olub və İbrahim Sazişlərinin dəstəklənməsində öncül rol oynayan dövlətlərdən birinə çevrilib.