Bu ölkə Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək
Dünya
ABŞ prezidenti Donald Trampın Yaponiyaya səfəri zamanı Yaponiya baş naziri Sanae Takaichi Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu açıqlayıb.
News24.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Leavitt bunu təsdiqləyib və qərarın Trampın beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfələrlə bağlı olduğunu bildirib.
Takaichi Tokioda keçirilən görüşdə Trampın Tailand və Kamboca arasında sülhün bərqərar olması və Yaxın Şərqdə sabitliyin güclənməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Hələlik rəsmi bəyanat verilməyib.