Bu ölkə vətəndaşlarına çağırış etdi: - Rusiyaya getməyin
Dünya
Moldova Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi öz "Telegram" kanalında məlumat yayıb.
“Xarici İşlər Nazirliyi və Moldova Respublikasının Moskvadakı səfirliyi dövlətin öz vətəndaşlarının təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə əsaslanaraq, Rusiya Federasiyasına qeyri-vacib səfərlərdən çəkinməyi tövsiyə edir”, - nazirliyin bəyanatında deyilir./Publika.az