Bu ölkədə 3,6 milyon insan aclıqdan əziyyət çəkir

Bu ölkədə 3,6 milyon insan aclıqdan əziyyət çəkir Dünya

Uqandada kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayının 2027-ci ilin fevral-iyun aylarında 4,4 milyona çatacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə BMT-nin Uqanda üzrə rezident əlaqələndiricisi Leonard Zulu məlumat verib.

O bildirib ki, 2026-cı ilin aprelindən 2027-ci ilin martına qədər 5 yaşdan kiçik 465 900 uşağın, eləcə də 246 300 hamilə və ya əmizdirən qadının qidalanma çatışmazlığı ilə bağlı müalicəyə ehtiyacı ola bilər.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri, kənd təsərrüfatı istehsalının azalması, ərzaq qiymətlərinin yüksəlməsi və xəstəliklər ölkədə qida təhlükəsizliyinə mənfi təsir göstərir. Vəziyyətdən xüsusilə Karamoja bölgəsinin sakinləri, qaçqınlar və onları qəbul edən icmalar təsirlənir.

BMT və tərəfdaşları 2026–2027-ci illər üzrə yardım çağırışları ilə ərzaq və qidalanma ehtiyaclarının qarşılanmasını, kənd təsərrüfatı və heyvandarlığın dəstəklənməsini, səhiyyə və su təchizatı xidmətlərinin yaxşılaşdırılmasını hədəfləyirlər.