Bu ölkədə dəhşətli faciə: 37 nəfər həlak oldu

Bu ölkədə dəhşətli faciə: 37 nəfər həlak oldu Dünya

Peruda dəhşətli yol qəzası baş verib. Sərnişin avtobusu dərəyə yuvarlanıb. 37 nəfər həlak olub, onlarla insan yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, avtobus əvvəlcə mikroavtobusla toqquşub, daha sonra yoldan çıxaraq dərəyə aşıb. Ölənlərdən 36-sı hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.