Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Dünya
Moldova hakimiyyəti energetika və hidrologiya sektorlarında 30 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib.
News24.az xəbər verir ki, tətbiq olunan rejim idxal prosedurlarını sadələşdirməyə, gömrük rəsmiləşdirilməsini sürətləndirməyə, sərhəddə "yaşıl dəhlizlər" yaratmağa, eləcə də daxili ehtiyatlar müəyyən edilmiş minimum səviyyədən aşağı düşdükdə yanacağın ixracını məhdudlaşdırmağa imkan verir.
Moldovanın Baş naziri Vasile Tofan bildirib ki, tədbirlər qabaqlayıcı xarakter daşıyır və kənd təsərrüfatı mövsümünün qızğın vaxtında böhranın qarşısını almağa yönəlib.
O əlavə edib ki, hakimiyyət orqanları idxalın Qara və Aralıq dənizləri regionlarındakı digər neft emalı zavodlarına, o cümlədən Türkiyə və Bolqarıstana yönləndirilməsi imkanlarını nəzərdən keçirirlər. Qazaxıstandan tədarükün bərpası isə beş-yeddi gün vaxt apara bilər.
Onun sözlərinə görə, fövqəladə vəziyyətin tətbiqinə bir neçə böhran səbəb olub. Əsas amillərdən biri Qazaxıstandan Moldovanın əsas yanacaq tədarükçüsü olan Rumıniyanın "Petromidia" neft emalı zavoduna neft ixracında yaranan fasilələrdir.
Əlavə təzyiqi isə Yaxın Şərqdəki vəziyyət yaradır. Bu, dünya bazarında neftin qiymətinin artmasına səbəb olub. Eyni zamanda, quraqlıq və Dunay çayının dayazlaşması yanacağın Curculeşti limanına çay yolu ilə çatdırılmasını çətinləşdirib. (Oxu.az)