Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Bu ölkədə fövqəladə vəziyyət elan edildi Dünya

Peru hökuməti El-Ninyo iqlim hadisəsinin səbəb olacağı gözlənilən güclü yağışlarla əlaqədar ölkə ərazisinin 70 faizində fövqəladə vəziyyət elan edib.

News24.az xəbər verir ki, fövqəladə vəziyyət rejimi ölkənin 1890 bələdiyyəsindən 1380-ni əhatə edir.

Hökumətin bu qərarı təbii fəlakətin nəticələri ilə mübarizəyə yönəlmiş tədbirlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədi daşıyır.