Bu ölkədə hər 15 dəqiqədə bir nəfər milyonçu olur

Bu ölkədə hər 15 dəqiqədə bir nəfər milyonçu olur Dünya

İsveçrənin UBS bankının 2025-ci il üzrə “Qlobal Sərvət Hesabatı”na əsasən, ötən il Fransada təxminən 35 min yeni dollar milyonçusu qeydə alınıb.

News24.az xəbər verir ki, bu isə orta hesabla hər 15 dəqiqədən bir yeni milyonçu deməkdir.

Hesabatda bildirilib ki, Fransa milyonçuların sayına görə Avropanın lideri olmasa da, artım tempi diqqətçəkəndir.

Ölkədə sərvətin artmasına əsasən daşınmaz əmlakın bahalaşması və maliyyə bazarlarındakı yüksəliş təsir edib. Avropada milyonçuların ümumi sayı da artır.

Son beş ildə qitədə 30 milyon dollardan çox sərvətə malik ultra varlıların sayı 25 faizdən çox yüksəlib. Bu kateqoriyada ən böyük artım İsveçrə, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Türkiyədə qeydə alınıb.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, milyonçuların sayının artması sərvətin cəmiyyətdə bərabər paylanıldığı anlamına gəlmir. Bir çox Avropa ölkəsində gəlir və sərvət bərabərsizliyi yüksək olaraq qalır./Euronews/