Bu ölkədə hərbçilər qotur xəstəliyinə yoluxdu
Dünya
Miqrasiya böhranı fonunda İspaniyanın Seuta şəhərində yerləşdirilən hərbçilər arasında qotur xəstəliyi yayılıb.
News24.az xəbər verir ki, bu barədə “Vanguardia” qəzeti məlumat yayıb.
Bildirilib ki, Seutada yerləşdirilən ən azı 14 hərbçidə qotur xəstəliyi aşkarlanıb.
Məlumata görə, hərbçilər istifadə olunmayan və zəruri sanitar-gigiyenik şəraiti olmayan binalarda yerləşdirilib.
Qeyd edək ki, iyulun 30-da Mərakeşdən olan on minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar şəhəri Seutanın sərhədini qanunsuz şəkildə keçib.
Hadisə krallığın Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən sonra baş verib.
Məhkəmə onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb edib.
Miqrant axınından bir neçə həftə əvvəl sərhədçilər 70 mindən çox miqrantın dəniz yolu ilə ölkəyə gələcəyi barədə hökuməti xəbərdar edib və vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər.
Lakin İspaniya hökuməti onların xəbərdarlıqlarına məhəl qoymayıb və lazımi tədbirlər görməyib.