Bu ölkədə hökümət istefa verdi
Dünya
Litvada Baş nazir İnqa Ruqiynenin başçılıq etdiyi hökumət istefa verib.
News24.az xəbər verir ki, doqquz ay hakimiyyətdə qalan kabinet üzvlərin qarşılıqlı razılığı ilə fəaliyyətini rəsmən dayandırıb.
Məlumata görə, qərarı elan edərkən baş nazir fəaliyyətə belə yekun vurub: "“Bütün çətinliklərə baxmayaraq, dövlət və onun insanları üçün görülən işlərlə fəxr etməyə əsasımız var”.
Qeyd edilir ki, hökumətin istefası ölkədə yeni hakim koalisiyanın formalaşdırılması və Litva Sosial-Demokrat Partiyasının (LSDP) sədri Mindauqas Sinkyaviçyusun Baş nazir postuna namizədliyinin irəli sürülməsindən sonra baş tutub.
Litvanın formalaşacaq yeni hökumətinin əsas prioritetləri də açıqlanıb. Koalisiya sazişinə əsasən, rəsmi Vilnüs ABŞ hərbçilərinin ölkədə uzunmüddətli mövcudluğuna nail olmağa çalışacaq.