Bu ölkədə kafedə 8 nəfər zəhərləndi

Bu ölkədə kafedə 8 nəfər zəhərləndi Dünya

Rusiyanın Xabarovsk diyarında "Kraft&Burger" şəbəkəsində kütləvi zəhərlənmə baş verib.

News24.az xəbər verir ki, səkkiz nəfər tibbi yardıma müraciət edib. 

 kafedə epidemioloji araşdırma aparılıb. Yoxlama zamanı Promışlennaya və Turgenev küçələrində yerləşən kafelərdə çoxsaylı qanun pozuntuları aşkar edilib: işçilərin tibbi kitabçaları olmayıb, məhsullar qaydalara uyğun saxlanılmayıb, kafelərdə gündəlik olaraq dezinfeksiya və yuyucu vasitələrlə təmizlik aparılmayıb.

Faktla bağlı araşdırmaya başlanılıb və obyektin fəaliyyəti dayandırılıb.

Ağa Dadaşzadə