Pakistan ordusunun mayoru sui-qəsd nəticəsində həlak oldu
Dünya
Pakistan ordusunun mayoru kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
News24.az xəbər verir ki, hadisə Bəlucistan əyalətində baş verib.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin Kalat və Qvadar rayonlarında həyata keçirdiyi əks-terror və təmizləmə əməliyyatları zamanı separatçı silahlı birləşmələrin dörd üzvü zərərsizləşdirilib.