Bu ölkədə terror aktı: ölənlərin sayı 20-yə çatdı

Bu ölkədə terror aktı: ölənlərin sayı 20-yə çatdı Dünya

Kolumbiyanın cənub-qərbində Kauka departamentində Panamerika şosesində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı azı 20 nəfərə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar arasında 15 qadın və 5 kişi var və onların hamısı yetkin şəxslərdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb, onlardan 3-ü reanimasiya şöbəsində qalır. Yaralanan azyaşlılardan beşinin vəziyyətinin stabil olduğu bildirilib.

Qusman qeyd edib ki, aprelin 25-də baş verən hadisə son onilliklər ərzində regionda mülki əhaliyə qarşı törədilmiş ən amansız və qəddar hücum hesab olunur. Hakimiyyət orqanları həlak olanların xatirəsinə üç günlük matəm elan edib.