Bu ölkədə ukraynalı qaçqınlar üçün sosial yardım kəskin azaldıldı

Bu ölkədə ukraynalı qaçqınlar üçün sosial yardım kəskin azaldıldı Dünya

Almaniya Ukraynadan gələn qaçqınlara verilən sosial ödənişləri azaldır.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Bild” nəşri yayıb.

Yeni qərara əsasən, 2025-ci il aprelin 1-dən etibarən Almaniyaya gələn ukraynalılar artıq sığınacaq axtaran şəxslərlə eyni statusda qiymətləndiriləcəklər.

Hazırda Almaniyada yaşayan ukraynalı qaçqınlar aylıq 563 avro, üstəlik yaşayış və kommunal xərclər üçün kompensasiya alır. Yeni qərara görə, aprelin 1-dən sonra gələnlər cəmi 180 avro alacaqlar.

Bu addımın sosial sistemdə balansın bərpası məqsədilə atıldığı bildirilib.

Qeyd edək ki, hazırda Almaniyada təxminən 1,1 milyon ukraynalı qaçqın yaşayır.