Bu ölkədə uşaqların sosial şəbəkəyə daxil olması qadağan edilir

Bu ölkədə uşaqların sosial şəbəkəyə daxil olması qadağan edilir Dünya

Maldiv adalarında 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Məhəmməd Muizzu bildirib.

Muizzu bildirib ki, bu qərar yetkinlik yaşına çatmayanların istismar edilməsi, kibertəqib və İslam dəyərlərinə zidd məzmunlu problemlərin qarşısını almaq üçün zəruridir.

O, məhdudiyyətin uşaqların və bütövlükdə Maldiv cəmiyyətinin rifahının qorunması üçün vacib olduğunu vurğulayıb.