Bu ölkədə yeganə İran məktəbi bağlandı

Bu ölkədə yeganə İran məktəbi bağlandı Dünya

Küveyt hakimiyyəti ölkədə fəaliyyət göstərən yeganə İran məktəbini bağlayıb.

News24.az xəbər verir ki, qərarın səbəbləri açıqlanmayıb, qarşıdakı tədris ili üçün yeni şagird qəbulu isə dayandırılıb.

Küveytin Təhsil Nazirliyi qərarı təsdiqləyərək valideynləri övladlarını digər məktəblərə köçürməyə çağırıb.

Qeyd edək ki, Küveyt regionda ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdən biridir.