Avropada yeni müharibə ocağı YETİŞİR - Serbiya Kosovanı işğal edəcək?
Dünya
Kosovo və Serbiya arasında əlaqələr qırılma nöqtəsinə çatıb.
News24.az xəbər verir ki, bu barədə Kosovo daxili işlər naziri Xelal Sveçla bildirib.
Sveçla qeyd edib ki, Serbiya ölkəsinin şimalını ilhaq etməyə çalışır.
Sveçla Serbiya Prezidenti Aleksandr Vuçiçin Kosovonun şimalının ilhaq cəhdində birbaşa iştirak etdiyini deyib.
“Serbiyanın, Vuçiçin Banska kəndinə hücumla bağlılığının hər gün danılmaz faktlarla şahidi oluruq. Bu terror təşkilatının (Kosovonun şimalında hücum edən qruplaşmanın) yalnız bir məqsədi var: Kosovo Respublikasının şimalını ilhaq etmək”, - nazir deyib.
Onun sözlərinə görə, Kosovonun şimalını ilhaq etmək məqsədinə nail olmaq üçün Serbiyanın qurumları hərbi, maddi-texniki və maliyyə imkanları təşkil ediblər. Nazir bununla bağlı əllərində təkzibedilməz faktların olduğunu söyləyib.
Qeyd edək ki, Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də əsasən serblərin yaşadığı Banskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polisin ölməsi ilə yenidən artıb. Bundan sonra Serbiyanın sərhəddəki qüvvələrinin sayını artırması barədə məlumat yayılıb. Eyni zamanda, NATO və ABŞ-ın Kosovodakı sülhməramlılarının sayını artıracağı bildirilib.
Ayşən