Bu qəsəbədə 30 ildir heç kim yatmır - Səbəb

Bu qəsəbədə 30 ildir heç kim yatmır - Səbəb Dünya

ABŞ-nin New Mexico ştatında yerləşən Taos adlı kiçik bir qəsəbədə sakinlər 30 ildən artıqdır ki, qəribə bir səs səbəbindən yuxuya gedə bilmirlər.

News24.az xəbər verir ki, bu hadisə “Taos Uğultusu” adlandırılır və hələ də tam izah olunmayıb.

1990‑cı illərdən bəri qəsəbənin bəzi sakinləri gecələr uzaqdan gələn böyük bir yük maşını səsi kimi bir uğultu eşitdiklərini bildirirlər. Səs həm evlərin içində, həm də küçələrdə eşidilir və xüsusilə gecə saatlarında daha da güclənir.

Qəribə tərəfi odur ki, bu uğultunu qəsəbədə hər kəs eşitmir – təxminən 100 nəfərdən yalnız 2‑si səsi duyur. Onlar səsin bədənlərinin içindən gəldiyini hiss etdiklərini, qulaqlarını bağlasalar belə narahatlığın davam etdiyini deyirlər.