Bu şəxslərə dondurma yemək olmaz - Həkimdən xəbərdarlıq

Bu şəxslərə dondurma yemək olmaz - Həkimdən xəbərdarlıq Dünya

Süd zülalına allergiyası olan şəxslərə dondurma yemək olmaz.

News24.az xəbər verir ki, bunu Rusiyanın Primorye vilayəti Səhiyyə Nazirliyinin baş dietoloqu Olqa Yamilova bildirib.

O qeyd edib ki, piylənmə və şəkərli diabetdən əziyyət çəkənlər dondurma istehlakını minimuma endirməlidirlər.

“Dondurmanın istehlakı süd zülalına allergiya zamanı tamamilə istisna edilməlidir. Laktoza dözümsüzlüyü olan şəxslər isə laktozasız dondurma növlərinə üstünlük verməlidirlər”.

Yamilovanın sözlərinə görə, istənilən halda tərkibi süd, qaymaq və şəkərdən ibarət dondurmaları seçmək daha məqsədəuyğundur. /RİA/